Almaniyanın qaz anbarlarında lazımi ehtiyatların olmaması səbəbindən kömürlə işləyən elektrik stansiyalarını yenidən şəbəkəyə qoşmaq, beləliklə də “yaşıl” keçiddən müvəqqəti imtina etmək lazımdır.
Bunu Almaniyanın “Alyans 90/Yaşıllar” partiyasından olan iqtisadiyyat naziri Robert Habek bildirib.
Onun sözlərinə görə, ölkə hazırda qazdan çox asılı vəziyyətdədir. Ona görə də görülən tədbirlər, mərhələli addımlar düzgün addımlardır.