17 C
Baku
Friday, May 3, 2024

Almaniya ölkənin “yaşıl” keçiddən imtina etməyə məcbur olduğunu etiraf edib

Almaniyanın qaz anbarlarında lazımi ehtiyatların olmaması səbəbindən kömürlə işləyən elektrik stansiyalarını yenidən şəbəkəyə qoşmaq, beləliklə də “yaşıl” keçiddən müvəqqəti imtina etmək lazımdır.

Bunu Almaniyanın “Alyans 90/Yaşıllar” partiyasından olan iqtisadiyyat naziri Robert Habek bildirib.

Onun sözlərinə görə, ölkə hazırda qazdan çox asılı vəziyyətdədir. Ona görə də görülən tədbirlər, mərhələli addımlar düzgün addımlardır.

“Hazırda kömürlə işləyən elektrik stansiyaları gələn qışda enerji ilə təmin etmək üçün yeganə variantdır və mövcud atom elektrik stansiyaları nüvə yanacağı qıtlığı səbəbindən gələn yaya qədər ölkənin enerji təhlükəsizliyinə töhfə verə bilməyəcək”, – nazir qeyd edib.
MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər