5 C
Baku
Tuesday, January 31, 2023

Almaniya ordunun yenidən silahlandırılmasına dair proqramları ixtisara salır

Almaniya hökuməti yüksək inflyasiya və dolların avro qarşısında möhkəmlənməsi fonunda ordunun yenidən silahlandırılmasına dair bir sıra proqramları ixtisar etməyə başlayıb.

Bu barədə “Handelsblatt” nəşri məlumat yayıb.

Yüksək inflyasiya və güclü dollar silahların alınmasını üçün öncədən nəzərdə tutulan vəsaitin həcminin artmasına səbəb olur. İnflyasiya 5-7 il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihələr üçün ciddi maliyyə problemləri yaradır. Bu aspektdə ABŞ-dan “F-35”-lərin alınması barədə sifarişlərin ixtisara salınması da istisna deyil.

Eyni zamanda Almaniya hərbi sənaye şirkətləri büdcədə nəzərdə tutulan 100 milyard avronun planlaşdırılan layihələrin reallaşdırılması üçün yetərli olmadığını bildirirlər. Bunun üçün ən azı 200 milyard avro tələb olunur.

Son xəbərlər
Digər xəbərlər
X