19 C
Baku
Sunday, May 19, 2024

Almaniya ötən il 12.2 milyard avro dəyərində silah satıb

Almaniya İqtisadiyyat Nazirliyi 2023-cü ildə xaricə təxminən 12,2 milyard avro məbləğində silah tədarükünə icazə verib.

Bu barədə nazirliyin bəyanatında deyilir.

Qeyd olunub ki, bu məbləğə silahlar üçün 6,4 milyard avro və digər hərbi məhsullar üçün 5,8 milyard avro daxildir.

Ən böyük alıcı isə Ukrayna olub və onun üçün təxminən 4,4 milyard avro dəyərində silah ixracı təsdiqlənib.

Hesabat dövründə Norveç 1,2 milyard avroya yaxın, Macarıstan 1 milyard avro, Böyük Britaniya 656 milyon avro, ABŞ 545 milyon avro dəyərində Almaniya istehsalı silahı alıb.

İlk onluqda həmçinin Polşa, İsrail, Fransa, Kipr və Cənubi Koreya yer alıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər