33 C
Baku
Wednesday, July 17, 2024

Almaniya parlamenti Ukraynaya ağır silah verilməsi haqqında qətnamə qəbul edib

Almaniya parlamenti hökumətin Ukraynaya əhatəli dəstək verməsi ilə bağlı qətnamə qəbul edib.

Məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, qətnamədə Almaniyanın Ukraynaya ağır silah verməsi də öz əksini tapıb.

Qeyd edək ki, Almaniya hökuməti Rusiyaya ağır silah vermək istəmir. Kansler Olaf Şolts “Şpigel”ə müsahibəsində məsələ ilə bağlı deyib: “Almaniya Rusiyanın NATO-ya təcavüz təhlükəsinə görə Ukraynaya ağır silah verə bilmir”.

Ötən gün isə Almaniya Ukraynaya özüyeriyən “Gepard” zenit raket qurğusu göndərilməsinə dair qərar qəbul edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər