Almaniya Parlamentinin vitse-prezidenti Tomas Oppermann vəfat edib.
“Deutsche Welle”nin verdiyi xəbərə görə, Sosial Demokratlar (SPD) partiyasının aparıcı siyasətçisi və Bundestaqın vitse-prezidenti Tomas Oppermann televiziyada çıxışı zamanı qəflətən yıxılıb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Bundestaqın vitse-prezidenti 66 yaşında idi.