18 C
Baku
Cümə, Oktyabr 22, 2021

Almaniya Prezidenti Ukraynaya səfər edəcək

faizlere

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Ukrayna Prezident Volodimir Zelenskinin dəvəti ilə oktyabrın 6-da bu ölkəyə səfər edəcək.

TASS xəbər verir ki, bu barədə Almaniya Prezidentinin adminstrasiyası bildirib.

Qeyd edilib ki, Frank-Valter Ştaynmayer və Volodimir Zelenski Babi Yar faciəsinin 80-ci ildönümündə iştirak edəcək.

Almaniya Prezidentini onun xanımı Elka Büdenbender də müşayiət edəcək.

Xatırladaq ki, 1941-ci ilin payızında Hitler Almaniyası Babi Yarda kütləvi qırğın törədib. Orada qətlə yetirilənlərlə bağlı müxtəlif rəqəmlər açıqlanıb. Ukraynalı araşdırmaçılara görə, 150-200 min nəfər qətlə yetirilib.

Qeyd edək ki, Babi Yar Ukraynanın paytaxtı Kiyevin şimal-qərbində Lukyanovka və Sıres rayonları arasında yerləşir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər