-1 C
Baku
Saturday, December 14, 2024

Almaniya Prezidentinə “AstraZeneca” peyvəndi vurulub

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə “AstraZeneca” peyvəndi vurulub.

Bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident Berlindəki Bundezver xəstəxanasında peyvənd olunub.

Frank-Valter Ştaynmayerə öz ölkəsində təsdiqlənmiş peyvəndlərə etibar etdiyini bildirib.

“Peyvənd pandemiyadan çıxış yolunda həlledici addımdır. Fürsətlərdən istifadə edin. Peyvəndləməyə qoşulun”, – deyə Almaniya Prezidenti xalqa müraciət edib.

Qeyd edək ki, Almaniya yaşı 60-dan aşağı olanlara “AstraZeneca” peyvəndinin vurulmasını dayandırıb. Belə ki, peyvənddən sonra beyin-damar trombozu halları meydana çıxdığı üçün ölkənin Vaksinasiya Komissiyası tövsiyəsini müvafiq olaraq dəyişdirib. Federal səhiyyə nazirləri bu tövsiyəni yerinə yetiriblər. 60-69 yaş qrupuna “AstraZeneca” peyvəndinin vurulmasına icazə verilib. Prezident Ştaynmayerin 65 yaşı var.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər