24 C
Baku
Sunday, September 1, 2024

Almaniya Qarabağın bərpası layihələrində iştirak edəcək

“İnfrastrukturun modernləşdirilməsi və Qarabağın yenidənqurulması kimi vacib layihələr Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) planları arasında yer alır”.

Banker.az bu İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Palatadan açıqlama verilib.Bildirilir ki, son illərdə Palata Azərbaycanda infrastrukturun müasirləşdirilməsi, su və tullantı sularının idarə edilməsi, bərpa olunan enerji sektorunun inkişafı istiqamətində addımlar atıb.

Palatadan o da əlavə edilib ki, cari ilin iyun ayında bərpa olunan enerji sektoruna yönəlmiş Alman-Azərbaycan Dayanıqlılıq Forumunun keçirilməsi və bu sahədə fəaliyyət göstərən alman şirkətlərinin Azərbaycana səfəri planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər