3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Almaniya Qazaxıstana müdafiə təyinatlı məhsulların satışını dayandırır

Almaniya Qazaxıstana müdafiə təyinatlı məhsulların satışını dayandırır.

Bu barədə DPA agentliyi Almaniyanın Federal Kabinetindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Almaniya hökuməti Qazaxıstana hərbi məhsulların tədarükü ilə bağlı müqavilələri müvəqqəti olaraq təsdiqləməyəcək.

Agentliyin məlumatına görə, artıq Qazaxıstana belə malların ixracının dayandırılması üçün ilkin addımlar atılıb.

Qeyd edək ki, ötən il müdafiə təyinatlı məhsulların tədarükü üçün Almaniya Qazaxıstanla ümumi dəyəri 2,2 milyon avro olan 25 müqaviləni təsdiqləyib.

 

 

Mənbə:Apa.az
Son xəbərlər
Oxşar xəbərlər