16 C
Baku
Saturday, November 26, 2022

Almaniya rus milyarderə məxsus, dünyanın ən böyük motorlu yaxtasını müsadirə etdi – Fotolar

Rusiyanın Ukraynanı işğalı səbəbi ilə Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalar çərçivəsində Almaniya özbək əsilli rus milyarder Əlişir Usmanova məxsus, dünyanın ən böyük motor yaxtası kimi tanınan $600 mln. dəyərində, 156 metr uzunluğundakı “Dilbar” yaxtasını Hamburq limanında müsadirə edib.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ümumi yükdaşıma qabiliyyətinə görə dünyanın ən böyük motorlu yaxtası 2021-ci ilin oktyabr ayından etibarən Almaniyanın gəmi inşaatı və mühəndislik şirkəti olan “Blohm + Voss”ın tərsanəsində idi.

Xəbərlərdə Usmanovun “Dilbar” yaxtasını 2016-c ildə $600 mln.-a Almaniyanın lyuks yaxta istehsalçısı “Lürssen”dən aldığı bildirilir. İçərisində 65 kabin olan yaxtada 40 sərnişin və 80 ekipaj üzvü qala bilər. Yaxtada böyük bir hovuz, 2 vertolyol meydançası (uçuş-enmə zolağı) və sauna da var.

yaxta 1

yaxta 2

yaxta 3

Son xəbərlər
Digər xəbərlər
X