12 C
Baku
Sunday, October 27, 2024

Almaniya Rusiya neftinə embarqo qoyulmasına israrlıdır

Almaniya Rusiya neftinə embarqo qoyulmasının tərəfdarıdır, lakin tədarükün dayandırılmasına hazırlaşmaq üçün bir neçə ay lazım olacaq.

Bunu Almaniya kanslerinin iqtisadi məsələlər üzrə köməkçisi Yorq Kukis “Financial Times”a müsahibəsində bildirib.

“Biz Rusiyadan neft almağı dayandırmaq istəyirik, lakin ölkə üçün digər neft tədarük mənbələrini təmin edə bildiyimizə əmin olmaq üçün bizə bir az vaxt lazımdır”- deyə, o bildirib.

Kukis bildirib ki, Almaniya Rusiyanın “Rosneft” şirkətinin nəzarətində olan Şvedte neft emalı zavodunun Baltik dənizi üzərindən tanker daşımaları vasitəsilə Rusiyadan kənar xammalla təmin oluna bilməsi üçün də çalışır.

Bunun üçün Almaniya kanslerinin köməkçisinin vurğuladığı kimi, Berlin Rostokdakı limanı dərinləşdirməli və limandan Şvedtə boru xətti çəkməlidir.

Son xəbərlər
Digər xəbərlər