12 C
Baku
Monday, November 25, 2024

Almaniya Rusiyadan LNG idxalını məhdudlaşdırmaq istəyir, Bloomberg yazır

Almaniya hökuməti Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını məhdudlaşdırmaq istəyir. Bu, ölkənin xarici enerji təchizatından asılılığını azaltmaq üçün səyləri tamamlayacaq. Bu barədə Bloomberg agentliyi yazır.

Qeyd olunub ki, federal hökumət şirkətlərə mümkün olduğu qədər Rusiyadan LNG alışını azaltmaq üçün müvafiq tədbirlər görülməsi ilə bağlı göstəriş verib.

Belə ki, Rusiyadan Avropaya qaz tədarükü Ukraynada meharibə başlayandan sonra tarixi minimuma düşüb. Çatışmazlığı kompensasiya etmək üçün dünyanın hər yerindən, o cümlədən Rusiyadan LNG alışı kəskin şəkildə artıb.

Yalnız Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına rəsmi qadağa qoyub, bu yüklərin çoxunu başqa limanlara göndərib. Fransa, Belçika, Niderland və İspaniya hazırda qitənin qaz idxalının təxminən 6%-ni təşkil edən Rusiya LNG-ni qəbul etməkdə davam edir.

 

 

Son xəbərlər
Digər xəbərlər