Almaniya 2023-cü ildə Qazaxıstandan xam neft idxal edəcək.
Bu barədə Blomberg nəşri məlumat yayıb.
Almaniya İqtisadiyyat Nazirliyi xəbəri təsdiqləyib. Bildirilib ki, Berlin Rusiyadan xam neft almaqdan imtina edib.
“Almaniyanın Rusiyadan xam neft sifariş etməsi ilə bağlı xəbərlər yalandır. Leuna və Şvedtdəki neft emalı zavodları 2023-cü ildə Rusiyadan xam neft sifariş etməyəcək. Almaniya gələn il Qazaxıstandan neft idxal edəcək”,- rəsmi açıqlamada deyilir.