28 C
Baku
Saturday, July 27, 2024

Almaniya Rusiyanın Ukraynadakı hərbi cinayətlərinin araşdırılmasına vəsait ayıracaq

“Almaniya Ukraynadakı hərbi cinayətləri araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə əlavə 1 milyon avro ayıracaq”.

Bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tobias Lindner Haaqada keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Almaniya ağır cinayətləri törədənlərin cəzasız qalmaması üçün hər şeyi edəcək: “Rusiyanın cinayətlərinə dair sübutların toplanması, təhlili vacibdir”.

Xatırladaq ki, Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair beynəlxalq konfrans keçirilir.

Son xəbərlər
Digər xəbərlər