“Almaniya Ukraynadakı hərbi cinayətləri araşdırmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinə əlavə 1 milyon avro ayıracaq”.
Bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tobias Lindner Haaqada keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Almaniya ağır cinayətləri törədənlərin cəzasız qalmaması üçün hər şeyi edəcək: “Rusiyanın cinayətlərinə dair sübutların toplanması, təhlili vacibdir”.
Xatırladaq ki, Haaqada Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dair beynəlxalq konfrans keçirilir.