26 C
Baku
Tuesday, April 30, 2024

Almaniya “Şimal axını” qaz kəmərlərində baş verənlərin təxribat olduğunu istisna etmir

Almaniya Hərbi Dəniz Qüvvələri “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində baş vermiş hadisələrin araşdırılmasında iştirak edir.

Almaniya müdafiə naziri Kristina Lambrext bəyanatında deyib ki, qaz kəmərlərində baş verən sızma ilə əlaqədar araşdırılma aparılmalı, səbəblər aşkarlanmalı və bu məsələdə iştirakı olan hər kəs qısa zamanda müəyyən edilməlidir.

“Almaniya Hərbi Dəniz Qüvvələri “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin hər ikisində aparılan araşdırmada iştirak edir”, – Lambrext sentyabrın 28-i verdiyi bəyanatda bildirib.

Onun sözlərinə görə, Baltik dənizindən keçən qaz xətlərinə təxribat edildiyi ehtimal olunur və baş vermiş qəza, Almaniyanın həm də su altında yerləşən olduqca əhəmiyyətli infrastrukturdan asılı olmasına dair növbəti xatırlatmadır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər