9 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Almaniya şirkəti Azərbaycanı tərk etdi

Almaniya şirkəti Azərbaycan bazarını tərk etdi.

Banker.az xəbər verir ki, “PVT Vasser Und Abvassertechnik GMBH” şirkətinin Azərbaycan Respublikasındakı Bakı Filialının ümumi yığıncağı 20.10.2021 tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev3 MKR, ev.23, m.36 ünvana bildirə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər
X