29 C
Baku
Wednesday, July 24, 2024

Almaniya şirkəti “Azəristiliktəchizat”ın fəaliyyətinin optimallaşdırılması planını hazırlayır

Almaniyanın “VPC Sustainable Engineering and Consulting GMBH” şirkəti “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin diaqnostikası və optimallşadırılması üzrə mərhələli tədbirlər planını hazırlayacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.

“VPC Sustainable Engineering and Consulting GMBH” “Azəristiliktəchizat”ın fəaliyyətinin diaqnostikası və texniki, təşkilati və maliyyə vəziyyətinin optimallaşdırılması üzrə mərhələli tədbirlər planının işlənməsinə dair Energetika Nazirliyinin elan etdiyi tenderin qalibi oldu. Qeyd olunan şirkət ilə artıq müvafiq müqavilə imzalanıb”, – məlumatda deyilir.

Nazirliyin məlumatına görə, tədbirlər planının hazırlanması Azərbaycanda davamlı və etibarlı istilik təchizatı sisteminin yaradılması, istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təminatı, istilik istehsalı məqsədilə elektrik enerjisi və qaz xərclərinin azaldılması, yanğına qarşı və ekoloji təhlükəsizliyin təminatına yönəldilib.

“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.

Son xəbərlər
Digər xəbərlər