28 C
Baku
Saturday, June 25, 2022

Almaniya şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika Nazirliyində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və  RENAC AG şirkətinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Alman şirkətlərindən ibarət nümayəndə heyəti ilə bərpa olunan enerji mənbələri sektorunda investisiyalar və layihələr mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Tədbirdə Alman şirkətlərinin nümayəndələrinə Azərbaycanda bərpa olunan enerji potensialı, ölkədə bu sahənin inkişafı istiqamətində görülən işlər, növbəti hədəflər və investisiya imkanları barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində görüləcək tədbirlər diqqətə çatdırılıb. Layihələrə investisiya marağı olan şirkətlərin sualları cavablandırılıb və bərpa olunan enerji sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Oxşar xəbərlər