6 C
Baku
Sunday, December 15, 2024

Almaniya şirkəti Azərbaycanda su borularında sızıntıların aradan qaldırılması üçün əməkdaşlıq edəcək

Almaniyanın “IBG HydroTech” şirkəti Azərbaycanda su borularında sızıntılarının aradan qaldırılması mexanizmlərinin tətbiqi istiqamətdə əməkdaşlıq etməyi planlaşdırır.

Bu barədə şirkətin icraçı direktoru Norbert Olbrix deyib.

“Biz su sızıntılarının aradan qaldırılması mexanizmləri üzərində işləyirik. Azərbaycanla da məhz bu istiqamətdə əməkdaşlıq etmək istəyirik. Çünki Azərbaycanda bu mexanizmlərə 60%-dən çox tələb qeydə alınıb”,- N. Olbrix bildirib.

Onun sözlərinə görə, növbəti 10 ildə “IBG HydroTechin hədəfi Azərbaycanda biznes yaratmaqdır: “Biz su borularında sızıntıların qarşısını almağa daha çox fokuslanacayıq. Qeyd edim ki, Almaniyada su sızıntısını nəzarətdə saxlayan sistem mövcuddur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər