Almaniya şirkətləri Azərbaycana Qarabağın bərpası ilə bağlı təkliflər təqdim edib.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman tviterdə yazıb.
“Mən çox şadam ki, bu gün Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən səkkiz alman şirkətini qarşılaya bildim”, – o bildirib.