12 C
Baku
Saturday, November 23, 2024

Almaniya Suriya vətəndaşlarına və qonşu ölkələrə 1 milyard avrodan çox yardım ayıracaq

Almaniya Suriya Ərəb Respublikasında vətəndaş müharibəsinin nəticələrinin yüngülləşdirilməsinə yardım olaraq bu ölkənin vətəndaşlarına və region dövlətlərinə əlavə 1 milyard avrodan çox vəsait ayıracaq.

Bunu Brüsseldə keçirilən donor konfransında Almaniya Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner deyib.

Xüsusilə, 1 053 milyard avro Suriya və qonşu ölkələrin sakinlərini dəstəkləmək üçün nəzərdə tutulub. Eyni zamanda, Lindner Almaniyanın nöqteyi-nəzərindən heç bir qaçqının zorla bölgəyə qaytarıla bilməyəcəyini vurğulayıb.

Bazar ertəsi Brüsseldə Suriya donorlarının 8-ci konfransı başlayıb. Avropa İttifaqı İordaniya, İraq, Livan və Türkiyədəki suriyalılara və qaçqınlara yardım üçün 2,12 milyard avro ayırıb.

Son xəbərlər
Digər xəbərlər