27 C
Baku
Saturday, July 27, 2024

Almaniya təbii qaza qənaət tədbirlərinə €15 mlrd. ayıracaq

Almaniya hökuməti “KfW” dövlət bankı vasitəsilə ölkə sakinlərinin payız və qış aylarında isti şəraitdə keçirməsinə imkan verəcək qaza qənaət tədbirləri üçün 15 milyard avro ayırıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bundan əvvəl Almaniya Bundestaqının iqlimin qorunması və enerji komitəsinin üzvü Şteffen Kotre Rusiyanın neft embarqosunun Almaniya iqtisadiyyatına ziyan vurduğunu bildirmişdi. Kotre ölkədə enerji qiymətlərinin yüksəldiyini qeyd edib. Siyasətçi qeyd edib ki, fərdi təsərrüfatlar artıq qazın və işığın qiymətində 200-400% artımla üzləşib.

Rusiyanın Ukraynada başladığı müharibə fonunda Avropa İttifaqı ölkələri Rusiya neftindən imtina etmək qərarına gəliblər. Qeyd edək ki, Rusiya neftinə embarqo altı aydan, neft məhsullarına isə səkkiz aydan sonra qüvvəyə minəcək.

Bundan əvvəl Almaniya İşəgötürənlər Assosiasiyası və Avstriya Sənaye Federasiyası Rusiyadan təbii qaz tədarükünə dərhal embarqo qoyulması ideyasını tənqid etmişdi. Biznes assosiasiyalarının rəhbərləri Rainer Dulger və Georg Knillin fikrincə, tədbirlər Almaniya və Avstriyada iş yerlərinə mənfi təsir göstərəcək.

Son xəbərlər
Digər xəbərlər