Almaniyanın pilotsuz uçuş aparatı (PUA) istehsalçısı “Quantum-Systems” Ukraynada tədqiqat və istehsal mərkəzi yaradır.
Bu barədə şirkətin Ukrayna üzrə baş əməliyyat direktoru Aleksandr Berejnoy məlumat verib.
Onun sözlərinə görə, 2024-cü ildə “Vector” PUA-sı üçün ehtiyat hissələri Ukraynada istehsal olunacaq: “2025-ci ildə isə bu PUA növünün tam yığılması planlaşdırılır. Bu layihədə 40-a yaxın mütəxəssis çalışacaq”.