Almaniya Ukraynanı dəstəkləmək üçün 2023-cü il üçün federal büdcədən əlavə 1 milyard avro ayıracaq , pul başqa şeylərlə yanaşı, ölkəni kiberməkanda qorumaq üçün də xərclənməlidir.
Bu barədə Ukraynaya dəstək məsələləri ilə məşğul olan Yaşıllar Partiyasının Almaniyadakı nümayəndəsi Robin Vaqerin bəyanatında deyilir:
“Ukraynanın büdcəsi açıq şəkildə göstərir ki, bizim dəstəyimiz vacib və zəruri silah təchizatından çox-çox kənara çıxır”.
Agentlik yazır ki, ayrılan vəsaitin bir hissəsi insan hüquqlarının pozulması və müharibə cinayətləri ilə bağlı sübutları qeydə alan qruplara dəstək verəcək.
Bundan əvvəl bildirilmişdi ki, Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Məzmun və Texnologiyalar üzrə Baş Direktorluğu kibertəhlükəsizlik üzrə situasiya və analitik mərkəzin yaradılmasına 22 milyon avro ayırmaq niyyətindədir. Qeyd olunur ki, mərkəz istismara verildikdən ssonra Aİ ölkələrinin kritik infrastrukturunu “zəruri olduqda isə bütün dünyada” kibertəhlükələrdən qoruyacaq.