26 C
Baku
Friday, April 19, 2024

Almaniya Ukraynanın bərpasına 111 milyon avro ayıracaq

Almaniya Ukraynaya ölkənin bərpası üçün 111 milyon avro ayıracaq.

Bunu inkişaf üzrə dövlət katibi Yoxen Flasbart deyib.

Onun sözlərinə görə, vəsait ilk növbədə miqrantların mənzillə təmin olunmasına, uşaq bağçalarının, məktəblərin və xəstəxanaların təmiri və təchizatına sərf olunacaq.

“Biz Ukrayna xalqına göstərmək istəyirik ki, həmrəyliklə onların yanında olmağa davam edəcəyik. Qısamüddətli dəstəyimizin uzunmüddətli bərpa ilə uyğunlaşacağına əmin olmalıyıq”, – katib bildirib.

Son xəbərlər
Digər xəbərlər