2 C
Baku
Saturday, December 14, 2024

Almaniya Ukraynanın dövlət büdcəsinə 1 milyard avro ayırıb

Almaniya Ukraynanın dövlət büdcəsinə bir milyard avro məbləğində qrant ayırıb.

Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Maliyyə vəsaiti Beynəlxalq Valyuta Fondunun Ukraynaya yardım məqsədilə donor ölkələrdən pul göndərilməsi üçün açdığı xüsusi hesab vasitəsilə Ukrayna dövlət büdcəsinə köçürülüb.

Bu vəsait hərbi vəziyyət dövründə prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Ümumilikdə, hərbi vəziyyətin tətbiqi başlayandan bəri Ukrayna maliyyə və büdcə sistemini dəstəkləmək üçün Almaniyadan artıq 1,3 milyard avro alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər