10 C
Baku
Thursday, December 12, 2024

Almaniya Ukraynanın istədiyi raketləri vermədi

Almaniyanın Müdafiə Nazirliyi Ukrayna səfiri Aleksey Makeyevin xahişlərinə baxmayaraq, “Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsinə razılıq verməyib.

Bu barədə Almaniyanın Tagesschau xəbər proqramı məlumat yayıb.

Bundesverin 600 “Taurus” sistemi var. Onlardan 450-yə yaxını istifadəyə hazır deyil, lakin Ukraynaya ixrac üçün təkmilləşdirilə bilər.

Almaniyanın müdafiə naziri Boris Pistorus heç bir çatdırılma olmayacağını açıqladı. Bu qərarın səbəbləri ilə bağlı sual isə cavabsız qalıb.

Son xəbərlər
Digər xəbərlər