15 C
Baku
Saturday, April 20, 2024

Almaniya Ukraynaya əlavə raket və mərmilər göndərib

Almaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə (HHM) sistemi üçün əlavə raketlər və artilleriya mərmiləri göndərib.

Bu barədə məlumat Almaniya Müdafiə Nazirliyinin saytında dərc olunan yenilənmiş siyahıda öz əksini tapıb.

Rəsmi Kiyevə həmçinin, 40 mm-lik qumbaraatan üçün əlavə 30 min sursat və 5000 ədəd 155 mm-lik artilleriya mərmisi göndərilib.

Əlavə olaraq, Ukrayna iki zirehli evakuasiya maşını, yaralıların daşınması üçün 4 maşın, həmçinin, 18 yük maşını alıb.

Almaniya Ukraynaya özüyeriyən haubitsalar, çoxsaylı reaktiv yaylım atəşi sistemləri, özüyeriyən zenit qurğuları və raket sistemləri, zirehli texnikalar tədarük edib.

Son xəbərlər
Digər xəbərlər