8 C
Baku
Saturday, January 11, 2025

Almaniya Ukraynaya 1.7 milyard avroluq yeni hərbi yardım paketi ayırıb

Almaniya Ukraynaya 1.7 milyard avro həcmində yeni hərbi yardım paketi ayırıb.

Bu barədə Almaniyanın kansleri Ulaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.

U.Şolts Ukraynaya “Haubitsa” zenit raket qurğuları tədarük edəcəklərini vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrında kansler Almaniyanın Ukraynaya silah və maliyyə yardımı məqsədi ilə 2024-cü il üçün 8 milyard avro büdcə ayıracağını vurğulamışdı.

Mətbuat konfransında kansler qeyd edib ki, nəzərdə tutulmuş bu məbləğin 6 milyardı Ukraynaya gələn il veriləcək. Almaniyada olan ukraynalı qaçqınlara kömək üçün 6 milyon avrodan çox vəsait ayrılacaq. Avropa İttifaqı isə Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı etməyi planlaşdırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər