Almaniya Ukraynaya 1 milyard avro qrant ayıracaq.
Bu barədə Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk teleqramda məlumat yayıb.
“Bugünkü iclasda Almaniyadan büdcə dəstəyi üçün 1 milyard avro məbləğində qrantın cəlb edilməsi təsdiq edilib”, – o qeyd edib.
Vəsaitlər Ukrayna iqtisadiyyatını sabitləşdirmək məqsədilə büdcə ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.