Almaniya daha altı ədəd TRML-4D radar sistemi istehsal edərək Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırır.
Bu barədə “Hensoldt” şirkəti məlumat yayıb.
Dəyəri 100 milyon avrodan çox olan sifariş çərçivəsində hazırlanan radarlar ilin ikinci yarısında ukraynalı hərbçilərə təhvil veriləcək.
Qeyd edək ki, radarlar hava hücumundan müdafiə sistemlərinin tərkib hissəsi kimi fəaliyyət göstərir.