Almaniyanın Xristian-demokrat İttifaqı və Xristian-sosialist İttifaqı fraksiyalarının Ukraynaya təcili şəkildə 200 ədəd “Fuchs” zirehli transportyorları vermək təklifi parlamentdə qəbul edilməyib.
Bundestaq üzvlərinin əksəriyyəti layihəyə qarşı çıxıb. Bir neçə saat əvvəl başa çatmış müzakirələrdə müdafiə naziri Kristine Lambrext də təklifi pisləyib.
“Biz öz məsuliyyətimiz çərçivəsində Ukraynanı dəstəkləyirik. Lakin biz Almaniyanın da müdafiə qabiliyyətini təmin etməliyik” – deyə nazir qeyd edib.
Apreldə isə nazir “Gepard” zenit qurğularının Ukraynaya göndərilməsinə razılıq vermişdi. 15 zenit qurğusu və 60 000 ədəd mərmi yaxın həftələrdə Ukraynaya çatdırılacaq.