9 C
Baku
Friday, November 1, 2024

Almaniya Ukraynaya 200 həkim göndərəcək

Almaniya Ukraynaya tibbi yardım göstərməyə davam edəcək.

Bu barədə Ukraynanın Lvov şəhərində səfərdə olan Almaniyanın səhiyyə naziri Karl Lauterbax deyib.

“Ukraynanın bizim hərbi dəstəyimizə ehtiyacı olduğu kimi, humanitar yardıma da təcili ehtiyacı var”, – nazir vurğulayıb.

Almaniya Səhiyyə Nazirliyindən bildirilib ki, yardıma protezlərin tədarükü, Ukraynada 200 həkimin yerləşdirilməsi, yanıqların müalicəsi üzrə təlimlərin təşkili və Ukraynadakı bəzi xəstəxanaların teletibb xidmətinə qoşulması daxildir.

Əlavə edilib ki, Almaniya hökuməti indiyədək Ukraynaya təxminən 100 milyon avro (105,76 milyon dollar) dəyərində tibbi yardım göstərib və Almaniyanın səhiyyə sənayesi 100 milyon avrodan çox ianə verib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri səhiyyə müəssisələrinə 290-a yaxın hücum qeydə alınıb.

 

 

Son xəbərlər
Digər xəbərlər