30 C
Baku
Friday, July 19, 2024

Almaniya Ukraynaya 500 milyon avro hərbi yardım ayıracaq

Almaniya Ukraynaya 500 milyon avro hərbi yardım ayıracaq.

Bu barədə NEXTA məlumat yayıb.

Paketi Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlayıb. “Bild”in məlumatına görə, o, həmçinin qeyd edib ki, bu il Ukraynaya 7 milyard avro məbləğində dəstək artıq verilib.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Son xəbərlər
Digər xəbərlər