15 C
Baku
Sunday, November 24, 2024

Almaniya Ukraynaya 500 milyon avroluq silah verəcək

Almaniya Ukraynaya 500 milyon avro məbləğındə əlavə silah-sursat verməyi planlaşdırır.

Kanadada səfərdə olan Almaniya kansleri Olaf Şolts AFR-in Ukraynaya əlavə olaraq hava hücumundan üç IRIS-T müdafiə sistemi, 10 zirehli təmir-təxliyə maşını, 20 raket qurğusu, yüksək dəqiqliyə malik döyüş sursatı və pilotsuz uçuş aparatlarından müdafiə sistemləri təqdim etmək niyyətini açıqlayıb.

Agentliyin bildirdiyinə görə, sılahlar 2023-cü ildə veriləcək, lakin texnikaların bəzi növləri daha əvvəl verilə bilər. Olaf Şoltsun Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə töhfə adlandırdığı silah tədarükü planı hələ Bundestaqın büdcə komitəsi tərəfindən təsdiq edilməlidir.

Son xəbərlər
Digər xəbərlər