27 C
Baku
Friday, July 19, 2024

Almaniya Ukraynaya altı radar sistemi təhvil verəcək

Sensor sistemlərinin istehsalı üzrə ixtisaslaşan Almaniyanın “Hensoldt” şirkəti hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Ukraynaya altı TRML-4D radar sistemi göndərəcək.

Bu barədə istehsalçının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, radarlar 2024-cü ildə 100 milyon avrodan çox olan böyük sifariş paketinin bir hissəsi kimi Kiyevə çatdırılacaq.

“Bizim radarlarımız Ukraynanın hava hücumundan müdafiəsi üçün təcili lazımdır və biz bu il bütün sistemləri çatdıra bildiyimiz üçün qürur duyuruq”, – baş direktor Oliver Derre bildirib.

Son xəbərlər
Digər xəbərlər