27 C
Baku
Saturday, July 27, 2024

Almaniya Ukraynaya görə ötən il 100 mlrd. avro itirib

Almaniya Rusiya-Ukrayna müharibəsi və bununla əlaqədar Avropada elektrik enerjisi xərclərinin artması nəticəsində ötən il 100 milyard avro itirib.

Bunu Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) prezidenti Marsel Frasşer deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə, eləcə də bununla bağlı elektrik enerjisi xərclərinin artması Almaniyaya ötən il iqtisadiyyatın məhsuldarlığının təxminən 2,5%-ə başa gəlib ki, bu da 100 milyard avroya bərabərdir.

“Bu xərclər növbəti illərdə artmağa davam edəcək”, – Frasşer deyib.

O əlavə edib ki, Almaniya böhrandan xüsusilə təsirlənib, çünki ölkə Rusiya enerjisindən daha çox asılıdır, həmçinin enerji tutumlu sənayenin yüksək payına malikdir və ixracdan, qlobal təchizat zəncirlərindən hədsiz dərəcədə asılıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər