25 C
Baku
Monday, April 29, 2024

Almaniya Ukraynaya güclü raketlər göndərəcək

Almaniya Hərbi Hava Qüvvələri “Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya ötürülməsinə razılıq verib.

Bu barədə Almaniyanın “T-online” nəşri hakim Sosial-Demokrat Partiyasının rəhbərliyinə yaxın mənbələrə istinadən yazıb.

Nəşr qeyd edib ki, raketlərin təhvil verilməsi yaxın zamanlarda elan edilə bilər. Hazırda Almaniya və ABŞ səlahiyyətliləri arasında məsləhətləşmələr keçirilir.

“Federal hökumət “tezliklə” “Taurus” qanadlı raketlərinin Ukraynaya çatdırılmasını elan etmək istəyir. Kansler Olaf Şolzun komandası hazırda Almaniyanın NATO-dakı ən mühüm tərəfdaşı və Ukraynanın ən böyük dəstəkçisi olan ABŞ ilə həll yolu üzərində işləyir. Konsensus əldə olunan kimi, raketlərin ötürülməsi rəsmi olaraq elan olunacaq”, – nəşr bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər