10 C
Baku
Thursday, December 12, 2024

Almaniya Ukraynaya hərbi yardımı ikiqat artıracaq

Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artırmaq niyyətindədir. Bu məqsədlər üçün əvvəllər federal büdcədə nəzərdə tutulan 4 milyard avronun əvəzinə 8 milyard avronun xərclənməsi planlaşdırılır.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Onun sözlərinə görə, Almaniya bu işdə 2023-cü ilin təcrübəsini rəhbər tutur və bu, planlaşdırılan məbləğlərin tez tükəndiyini göstərib:

“Bu, Ukraynaya güclü siqnaldır və bizim təslim olmadığımızı göstərir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər