19 C
Baku
Monday, May 27, 2024

Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək

Almaniya müdafiə naziri Ukrayna qüvvələrinə 16 BIBER körpüdöşəyən tank göndərilməsi barədə qərar qəbul edib.

Bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“BIBER Ukrayna qüvvələrinə döyüş zamanı su və maneələri keçməyə imkan verəcək”, – nazirliyin bəyanatında qeyd olunub.

Vurğulanıb ki, 6 sistemdən ibarət ilk partiya payızdan başlayaraq bu il Ukraynaya çatdırılacaq. Digər 10 sistemin isə gələn il tədarük edilməsi nəzərdə tutulub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər