Almaniya Ukraynaya silah tədarükündən sonra hərbi xərclərə 20 milyard avro ayırır.
Bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebestreyt deyib.
O, Ukraynaya silah tədarükü və büdcə bölgüsü ilə bağlı problemlər fonunda Bundesverdə döyüş sursatı olmadığını bildirib.
Hebestreyt qeyd edib ki, Almaniya kansleri Olaf Şolts noyabrın 28-də nazirliklər və müşavirlərlə görüş keçirəcək. Federal hökumət və Bundestaq büdcədən 20 milyard avronu ölkənin ehtiyatlarının artırılmasına sərf etmək niyyətindədir.