17 C
Baku
Sunday, May 5, 2024

Almaniya Ukraynaya yeni hərbi yardım ayıracaq

Almaniya rəsmi Kiyevə ümumi həcmi 1.3 milyard Avro dəyərində olan yeni hərbi yardım paketi ayıracaq.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rüstəm Umerovla görüşündə deyib.

Yeni yardım paketinə 4 ədəd “IRIS-T SLM” hava hücumundan müdafiə sistemi, 60 ədəd kəşfiyyat məqsədli müxtəlif pilotsuz uçan aparat, 20-dək radar, o cümlədən 155 mm-lik kalibrə malik 20 min artilleriya silahı daxil olacaq. Beləliklə, Almaniya rəsmi Kiyevə, ümumilikdə, 12 ədəd “IRIS-T SLM” hava hücumundan müdafiə sistemi verəcəyini bildirib. İlk 3 sistem artıq təhvil verilib, dördüncü HHM qurğusu gözlənildiyi kimi, qışda tədarük olunacaq. Daha dörd sistemdən ibarət ikinci partiya isə 2024-cü ildə göndəriləcək. B.Pistoriusun Ukraynaya söz verdiyi üçüncü partiyaya daxil olan sistemlər ölkəyə 2025-ci ildə tədarük olunacaq.

“Bild” nəşrinin yazdığına görə, indiyədək Almaniya Ukraynaya 155 mm-lik kalibrə malik 20 min artilleriya silahı təhvil versə də, uzaqmənzilli “Taurus” raketlərini nə vaxt göndərəcəyi ilə bağlı açıqlama verməyib.

Almaniyanın müdafiə naziri noyabrın 21-də Kiyevə elan olunmamış səfər edib.

 

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər