13 C
Baku
Tuesday, May 7, 2024

Almaniya Ukraynaya yeni hərbi yardım paketi verib

Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd “Bandvagn 206” – hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib.

Bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.

Hökumətin məlumatına görə, yardım paketinə həmçinin “Gepard” özüyeriyən zenit kompelksi üçün 2 000 ədəd sursat da daxildir.

Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd “8×6 HX81” yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib.

Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd “Bandvagn 206” tırtıllı maşın tədarük etmək niyyətindədir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər