8 C
Baku
Thursday, December 12, 2024

Almaniya Ukraynaya yeni səfir təyin edəcək

Almaniya yayda Ukraynadakı səfirini dəyişməyə hazırlaşır: diplomatik missiyanın hazırkı rəhbəri Anka Feldhusen Berlinə qayıdacaq, onu Almaniyanın İraqdakı hazırkı səfiri Martin Yaqer əvəz edəcək.

Bu barədə çərşənbə axşamı “Stuttgarter Nachrichten” qəzeti məlumat yayıb.

Almaniya Xarici İşlər Nazirliyi hələlik bu məlumatları təsdiqləməyib.

Nəşr belə bir kadr qərara nəyin səbəb olduğunu dəqiqləşdirmir. Məqalə müəllifi yalnız onu aydınlaşdırır ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan “Kiyevdəki səfir postu əhəmiyyətli şəxsi risklərlə əlaqələndirilib”.

58 yaşlı Yaqer əvvəllər Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü olub (2005-2008). O, 2021-ci ildən Almaniyanın Bağdaddakı diplomatik missiyasına rəhbərlik edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər