-3 C
Baku
Sunday, December 15, 2024

Almaniya universitetlərində 3 MBA proqramı – Qiymətlər €280-dan başlayır

Adətən tələbələr texniki, iqtisadi və tibbi sahələrdə təhsil almaq üçün Almaniyanı seçirlər. Alman universitetlərdən birinin diplomu ilə demək olar ki, dünyanın istənilən ölkəsində iş tapmaq mümkündür. Bundan əlavə, hər bir məzunun bir il yarımlıq iş vizası üçün müraciət etmək hüququ olur. Ümumilikdə təcrübə göstərir ki, burada ortalama ilə üç aya iş tapmaq mümkündür. 

Tələbələr menecment və maliyyə proqramlarına, maliyyə riyaziyyatı, biznes-informatika və biznes idarəetməsi kimi ixtisaslara qəbul olurlar. Bu gün Almaniyadakı biznes-proqramlardan və onlara qəbul olmaq imkanlarından danışacağıq. 

Almaniya biznes-məktəblərinin Top-luğu

Biznes-məktəblər 2010-cu ildən sürətlə inkişaf etməyə başlayıblar. Bu gün bu sektorda tələb artmaqdadır: yeni kurslar işə salınır, universitetlərdə biznes-fakültələr açılır. Qeyd edək ki, Almaniya universitetləri dünya reytinqlərində aparıcı mövqelərdə dayanırlar. 

Məsələn, “Financial Times”ın illik reytinqində alman məktəbləri Top 30-luğa daxildirlər:

9-cu yer – ESMT Berlin – Berlində yerləşən özəl biznes-məktəbdir. 

19-cu yer – Otto Beisheim School of Management – bu biznes məktəbdə sahibkarlıq üzrə bir çox proqramlar var, məzunlara iş axtarışında dəstək göstərilir. 

21-ci yer – Mannheim Business School – məktəb Almaniyanın Mannheim şəhərində yerləşir və əsasən idarəetmə üzrə ixtisaslaşıb.  

26-cı yer – Frankfurt School of Finance and Management – maliyyə, o cümlədən idarəetmə üzrə təhsil proqramlarını təklif edir. 

Almaniya universitetinə qəbul olmaq üçün nə lazımdır

Almaniya universitetinə qəbul olmaq üçün minimum 3 ay qabaqcadan hazırlaşmağa başlamalısınız (bu, bir il də ola bilər). Qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

– attestatın və ona əlavənin notarial qaydada təsdiq edilmiş tərcüməsi;

– GPA – attestat və ya diplomun orta balı (hesablamaq üçün attestatdakı qiymətləri toplamaq və fənlərin sayına bölmək lazımdır);

– alman və ya ingilis dili biliyinizi təsdiq edən sertifikat;

– tərcümeyi-hal;

– motivasiya məktubu;

– iki ədəd tövsiyə məktubu. 

Bundan əlavə sizdən tələb edə bilərlər: portfolio, maliyyə planı, əlavə esselər. Qeyd edək ki, universitetlərin əksəriyyəti sənədlərin baxılması üçün 30 avro ödəniş alır. Adətən xarici tələbələrə ayrılmış yerlərin sayı məhdud olur (30-50 civarında dəyişir. Bu səbəbdən sənədlər paketini əvvəlcədən göndərin ki, qəbul olanlar sırasına düşə biləsiniz. 

Təhsil haqqı və təqaüd

Almaniyanın dövlət universitetlərində alman dilində təhsil almaq pulsuz olsa da, tələbələr hər semestr 300-dən 1500 avroya qədər ödəniş edirlər. Bu pul səyahət, universitetin inzibati xidmətlərinin işi və digər ehtiyacların ödənilməsinə sərf olunur. Özəl universitetlərdə oxumaq daha baha başa gəlir, məsələn, Munich Business School-da bir semestr təxminən 6 100 avrodur. 

Xarici tələbələr üçün xüsusi təqaüdlər mövcuddur, onlar təhsil və yaşayış xərclərini ya qismən, ya da tam ödəyirlər. Almaniyanın ən populyar təqaüd proqramının DAAD olduğunu yəqin ki, bilirsiniz. 

–  KAAD – Şərqi Avropa ölkələrindən olan katoliklər üçün təqaüd;

– Deutschlandstipendium – Almaniyada təhsil alan xarici tələbələr üçün təqaüd;

– Friedrich-Naumann-Stiftung – inkişaf etmiş ölkələrdən olan tələbələr üçün təqaüd. 

Qeyd edək ki, təqaüd almaq şansınız ilkin konsultasiya zamanı kuratorlar tərəfindən qiymətləndirilir. 

Almaniya universitetlərində 3 biznes-proqram: 280 avrodan başlayan qiymətlərlə

Almaniyanın biznes-məktəblərində tədris tətbiqi təhsil prinsiplərinə əsaslanır və bütün proqramlar əmək bazarının mövcud tələblərinə görə uyğunlaşdırılır. Tələbələrə böyük həcmli məlumatların toplanması və təhlili, danışıqlar aparmaq bacarığı, layihə idarəetməsi və digər biliklər öyrədilir. 

Dərslər həm alman, həm də ingilis dilində aparılır. Qeyd edək ki, ingilis dilində olan proqramlar azlıq təşkil edir və onlar bir qayda olaraq, magistr dərəcəsinə aid olur. Biz sizin üçün Almaniyada ingilis dilində olan üç proqram seçdik: 

  1. Master’s Programme Business Development at HSBA Hamburg School of Business Administration

Yer: Almaniya Hamburq

Tədris ilinin başlaması: oktyabr

Müddəti: 2 il

Sənəd qəbulu: oktyabr

Dil: ingilis, IELTS 6.0

Təhsil haqqı: 4 500 avro (bir semestr), DAAD təqaüdü mövcuddur. 

  1. International Business, Technische Hochschule Köln

Yer: Almaniya, Köln

Tədris ilinin başlaması: sentyabr

Müddəti: 2 il

Sənəd qəbulu: may

Dil: ingilis, IELTS 6.0

Təhsil haqqı: 280 avro (bir semestr), DAAD təqaüdü mövcuddur. 

  1. BSc (Hons) Business and Management, Berlin School of Business & Innovation BSBI

Yer: Almaniya, Berlin

Tədris ilinin başlaması: oktyabr

Müddəti: 3 il

Sənəd qəbulu: aprelin sonu

Dil: ingilis, IELTS 5.0

Təhsil haqqı: 5 800 avro (bir semestr).

Nəticə

Almaniya universitetləri dünya və Avropa reytinqlərinə daxildir ki, bu da onların diplomlarının nüfuzlu olması, məzunları üçün isə beynəlxalq şirkətlərin qapılarını açması deməkdir. Əgər alman dilini kifayət edəcək səviyyədə bilsəniz, Almaniya universitetlərinin birinə qəbul ola, sonra isə işləmək üçün ölkədə qalıb ayda 5-6 min avro əmək haqqı ala bilərsiniz. 

Qeyd edək ki, tələbələrə dərs vaxtı həftədə 20 saat, tətildə isə həftədə 40 saat işləməyə icazə verilir. Buna görə Almaniyada oxuyarkən özünüzü həm də təmin edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər