10 C
Baku
Saturday, December 21, 2024

Almaniya ÜST-ni maliyyələşdirmək üçün 360 mln. avro ayıracaq

Almaniya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) azı 360 milyon avro verəcək.

Bunu Almaniya kansleri Olaf Şolts Berlində keçirilən Ümumdünya Səhiyyə Sammitində çıxışı zamanı deyib.

“Almaniya ÜST-nin davamlı maliyyələşdirilməsini də dəstəkləyir. Buna görə də mən bu gün sizinlə Almaniyanın ÜST-ə ümumilikdə ən azı 360 milyon avro töhfə verəcəyini bölüşməkdən məmnunam”, – Şolts bildirib. Eyni zamanda başqalarını da Almaniyadan nümunə götürməyə çağırıb.

Bazar ertəsi Berlində Ümumdünya Səhiyyə Sammiti başa çatıb. İştirakçılar bu sahədə mövcud problemləri müzakirə ediblər. Berlin tədbirini Almaniya, Norveç və Fransa təşkil edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər