26 C
Baku
Saturday, July 27, 2024

Almaniya vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb

Almaniya vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq edilib.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb.

“Rusiya Federasiyasına səyahət tövsiyə edilmir”, – deyə nazirliyin yaydığı mətndə qeyd olunub.

Eyni zamanda Almaniya Xarici İşlər Nazirliyi Ukrayna ilə həmsərhəd şəhərlərə səfərlərə qarşı xəbərdarlıq edib.

Nazirliyin məlumatında qeyd olunub ki, Belqorod, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək məsləhət görülmür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər