Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.
Bu barədə Prezident Zelenski “Twitter”də bildirib.
Telefon danışığı zamanı prezidentlər Almaniyanın Ukraynaya artan müdafiə yardımını müzakirə ediblər.
“Biz Almaniya xalqının Avropa İttifaqına gedən yolda Ukraynaya göstərdiyi həmrəyliyi və Rusiya təcavüzünə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndiririk. Kremençuka edilən qeyri-insani hücumla bağlı Prezidentin başsağlığına görə təşəkkür etdim”, – Zelenski qeyd edib.